Monday, 02 December 2024 14:34

“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Vyanada keçirilmiş Avropa İpək Yolu Sammitində təmsil olunub.

Tədbirdə ADY sədrinin müşaviri Emil Məmmədov Orta Dəhliz, Azərbaycanın bu dəhlizin inkişafındakı rolu və Azərbaycan Dəmir Yollarının tranzit yükdaşıma həcminin artırılması üçün regional və beynəlxalq əməkdaşlığı genişləndirməsi barədə təqdimatla çıxış edib.

ADY rəsmisi Orta Dəhlizin potensialının reallaşdırılması üçün Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xəttinin inteqrasiyasının əhəmiyyətini xüsusi vurğulayıb. 

Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

 

Read 134 times

 

NEWS