Thursday, 05 December 2024 15:32

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib

4 noyabr tarixində Bakıda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini Arif Ağayev və Belarus Dəmir Yollarının (BDY) sədr müavini Andrey Yakobsonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ortaq maraq doğuran layihələrin həyata keçirilməsi, iki ölkə arasında müntəzəm yükdaşımaların təşkili, o cümlədən konteyner qatarlarla yüklərin göndərilməsi barədə fikir mübadiləsi aparılıb. Belarus tərəfi Azərbaycan ərazisindən keçməklə Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Türkiyəyə, eləcə də Şimal-Cənub marşrutu ilə İrana yüklərin göndərilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı həmçinin ADY-nin vaqon parkının Belarus istehsalı olan hərəkət tərkibləri ilə genişləndirilməsi barədə danışıqlar aparılıb. Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

 

Read 116 times Last modified on Thursday, 05 December 2024 10:38

 

NEWS