Thursday, 05 December 2024 14:57

Azərbaycan-Yəmən mədəni əlaqələri müzakirə olunub

Mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiq ilə görüşüb. Söhbət zamanı yəmənli gənclərin Azərbaycanda incəsənət üzrə təhsil alması, kitabxana, muzey, mədəni irsin qorunması və s. sahələrdə təcrübə qazanması ilə bağı fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Read 112 times

 

NEWS