Tuesday, 03 December 2024 11:14

Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilib

Dekabrın 3-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə işçi qrupunun video-konfrans formatında 3-cü iclası Azərbaycanın sədrliyi, Dövlət Turizm Agentliyinin (DTA) nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

İclasda DTA-nın Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov və təşkilatın baş katibinin müavini Dimitrios Rallis açılış nitqləri ilə çıxış ediblər.

Türkiyə, Gürcüstan, Ermənistan, Yunanıstan, Rumıniya, Rusiya, Moldova, Şimali Makedoniya və Ukraynanın təmsil olunduğu iclas zamanı Azərbaycanın təşkilata sədrlik etdiyi 2023-2024-cü illər ərzində fəaliyyət istiqamətləri müzakirəyə çıxarılıb, turizm üzrə həyata keçirilə biləcək layihələrə dair fikri mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

 

Read 110 times

 

NEWS