Tuesday, 10 December 2024 11:56

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısında iştirak edib

Dekabrın 6-da İstanbulda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 26-cı İllik toplantısı keçirilib. 

Bankın Rəhbərlər Şurasının üzvü, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun da iştirak etdiyi İllik Toplantıda İdarə Heyətinin üzvləri 25 illiyini qeyd edən bankın fəaliyyətini və son illərdə qazandığı uğurları müzakirə ediblər.  İclasda, İdarə Heyəti tərəfindən QDTİB 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib. 

Bu barədə “Caspian Energy Media” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

Read 84 times Last modified on Tuesday, 10 December 2024 11:03

 

NEWS