Prezident İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilmiş Vüsal Yusif oğlu Aslanov kollektivə təqdim edilib.
"Caspian Energy Media" xəbər verir ki, təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri, səhmdar cəmiyyətinin Müşahidə Şurasının sədri Rəşad Nəbiyev qarşıdan gələn dövrdə metropoliten rəhbərliyinin qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq, kollektivin səylərini əsirgəməyəcəyinə inandığını bildirib.