Friday, 27 December 2024 15:55

Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində təcrübə mübadiləsi aparılıb

Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsi, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi, Hüquq baş idarəsi, Vergi ödəyicilərinə xidmət baş idarəsi, İnzibati şikayətlərə baxılması baş idarəsi və digər strukturların əməkdaşlarından ibarət nümayəndə heyəti Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə səfər ediblər.

Görüşlər zamanı DVX-nin nümayəndə heyəti tərəfindən milli təcrübə ilə bağlı təqdimatlar edilib. Təqdimatlarda Azərbaycan vergi administrasiyasının təqdim etdiyi xidmətlər, vergi ödəyicilərinin məmnuniyyət səviyyəsinin müəyyənləşdirilməsi, xidmətlərin qiymətləndirilməsi və keyfiyyət səviyyəsinin artırılması metodları, bu sahədə əsas fəaliyyət göstəriciləri və faktiki göstəricilərin uyğunluğunun yoxlanılması mexanizmləri barədə məlumat verilib. 

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

 

Read 16 times Last modified on Friday, 27 December 2024 11:59

 

NEWS