Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 15-də ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan nazir Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi AQEM-in fəaliyyətinə verdiyi önəmi diqqətə çatdırıb. Baş katib Kayrat Sarıbay Azərbaycanın AQEM-in sədrliyinin uğurla davam etdiyini, qurumun gələcək fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirib. Deyib ki, son zamanlar mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri də təşkilatın fəaliyyətində yer alır.
Söhbət zamanı üzv ölkələr arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.