Wednesday, 29 January 2025 20:11

Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

“Caspian Energy Media” xəbər verir ki, M.Cabbarov bu barədə "X"də yazıb.

"Biz tərəfdaşımızla birgə təşəbbüslərimizin müsbət nəticələrindən məmnun olduğumuzu bildirdik. Həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və biznes potensialının açılması imkanlarını müzakirə etdik", - o bildirib.

Read 93 times

 

NEWS