İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişaf etdiyi vurğulanıb. İkitərəfli iqtisadi əlaqələr, birgə investisiya layihələri, Azərbaycan və İtaliya şirkətlərinin əməkdaşlığı və yeni fəaliyyət istiqamətlərinin təşviqi barədə fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.