Thursday, 06 February 2025 07:42

Azərbaycanın iki badmintonçusu ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb

Azərbaycanın iki idmançısı tarixdə ilk dəfə dünyanın 100 ən güclü badmintonçusu sırasında yer alıb.

Bu barədə “Caspian Energy Media” Azərbaycan Badminton Federasiyasının istinadən xəbər verir. Siyahını Dünya Badminton Federasiyası (BWF) açıqlayıb.

Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan gənc idmançı Ülvi Hüseynov 63-cü pilləyə yüksəlib. O, son olaraq İranda və Türkiyədə keçirilən yarışlarda mükafatçılar sırasına düşməklə reytinq xalını 4050-yə çatdırıb.

Digər gənc badmintonçu Həcər Nuriyeva isə 2023 və 2024-cü illərdə Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilən yarışlarda medalçılar sırasında yer almaqla 21 pillə irəliləyərək 47-ci olub. Sonuncu dəfə isə 2025-ci ildə İranda keçirilən turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.

Read 1 times

 

NEWS