Thursday, 06 February 2025 10:17

BP ACE platformasından yeni hasilat quyusunun qazılmasına başlayıb

“BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından yeni hasilat quyusunun qazılmasına başlayıb.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris məlumat verib.

"Ötən il ACE platformasından üç hasilat quyusu qazılıb. Hazırda dördüncü quyunun qazılmasına başlanılıb, cari ilin sonuna qədər artıq səkkizinci quyunun qazılmasını həyata keçirməyi planlaşdırırıq", - o, Bakıda keçirilən “IADC Drilling Caspian 2025” beynəlxalq konfransında bildirib.

Read 2 times

 

NEWS