Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir, “Caspian Energy Media” ABŞ Energetika Nazirliyinə istinadən xəbər verir.
Qurumdan bildirilib ki, Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik səviyyəsi 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində qeydə alınıb.
"Proqnozlarımıza görə, ölkədə ümumi maye karbohidrogen hasilatı 2024-2026-cı illər ərzində orta hesabla gündəlik 600 min bareldən bir qədər çox olacaq", - məlumatda qeyd edilib.