Estoniya, Latviya və Litva Rusiya-Belarus BRELL enerji sistemindən ayrıldıqdan sonra elektrik sistemlərini Avropa ilə sinxronlaşdırıblar, “Caspian Energy Media” xəbər verir.
“Sinxronizasiya Baltikyanı ölkələrə öz elektrik şəbəkələrini kontinental Avropanın bütün digər ölkələri ilə sıx əməkdaşlıq şəraitində, sabit və etibarlı tezlik nəzarəti ilə idarə etməyə imkan verir ki, bu da regional enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır”, – yerli enerji şirkəti “Elering”in bəyanatında deyilir.
Latviya, Litva və Estoniya kontinental Avropa şəbəkəsinə qoşulan son Aİ üzv ölkələri olub. Baltik ölkələri “LitPol Link” elektrik ötürmə xətti birləşməsi vasitəsilə kontinental Avropa sinxron zonasına qoşulub.