Avropa Komissiyası (AİK) Avropa İttifaqında süni intellektə (Sİ) investisiyalar üçün 200 milyard avronun səfərbər olunmasına dair təşəbbüsə start verir.
Bu barədə AİK rəhbəri Ursula fon der Lyayen Parisdə keçirilən süni intellekt sammitində çıxışı zamanı bəyan edib, “Caspian Energy Media” TASS-a istinadən xəbər verir.
"Mən burada “Süni İntellektə İnvestisiya” (InvestAI) təşəbbüsünü elan etməkdən məmnunam. Biz Avropada süni intellektə 200 milyard avro investisiya cəlb etməyi hədəfləyirik. Biz sənaye və kritik tətbiqlərə diqqət yetirəcəyik. Bu, dünyada etibarlı süni intellektin inkişafı üzrə ən böyük dövlət-özəl tərəfdaşlıq olacaq", – deyə o bildirib.