Türkmənistana məxsus təbii qazın Türkiyəyə tədarükü bu il martın 1-də başlayacaq.
“Caspian Energy Media” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkiyə ilə Türkmənistan arasında enerji əməkdaşlığında tarixi addım atılıb. BOTAŞ və “Türkmənqaz” arasında Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində qaz tədarükünün martın 1-də başlanması planlaşdırılır", - nazir bildirib.
Onun sözlərinə görə, sənədin imzalanması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhamedovun iştirakı ilə ötən ilin mart ayında Antalyada iki ölkə arasında qaz sahəsində əməkdaşlığın inkişafına dair imzalanmış Anlaşma Memorandumunun konkret nəticəsidir.