Summit”in panel müzakirəsində iştirak ediblər.
“Caspian Energy Media” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
"COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev COP sədrləri Troykası tərəfindən təşkil edilən WGS-nin panel müzakirəsində iştirak ediblər. Onlar çıxışları zamanı BƏƏ ilə qarşılıqlı fəaliyyət və tərəfdaşlıq ruhunu qeyd edib və Azərbaycanın COP30 sədrliyinə dəstəyini təsdiqləyiblər", - məlumatda bildirilib.