Friday, 28 February 2025 07:00

Apple ABŞ-a 500 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır

Amerikanın Apple şirkəti növbəti 4 il ərzində ABŞ-a 500 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır.

Texnologiya şirkəti bildirib ki, Miçiqan, Texas, Kaliforniya, Arizona, Nevada, Ayova, Oregon, Şimali Karolina və Vaşinqton ştatlarında texnoloji komandaları və istehsal güclərini inkişaf etdirməyi planlaşdırır.

Bundan əlavə, Amerika texnologiya nəhəngi süni intellekt və silikon mühəndisliyinə yatırımları artırmağı planlaşdırır, - "Caspian Energy Media" xəbər verir.

Read 6 times Last modified on Friday, 28 February 2025 07:03

 

NEWS