Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində “Investopia 2025” tədbiri çərçivəsində Ərəb ölkələri - Mərkəzi Asiya - Azərbaycan biznes forumu keçirilib. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli forum çərçivəsində təşkil edilən tədbirlərdə iştirak edib.
Forum çərçivəsində “Regional dəhlizlər: biznes imkanlarının yaradılması” mövzusunda keçirilən panel iclasda çıxış edən iqtisadiyat nazirinin müavini ölkəmizin ərəb dövlətləri ilə Mərkəzi Asiya arasında kəsişən strateji mövqedə yerləşməsinin çoxtərəfli regional əməkdaşlığın inkişafında rolundan bəhs edib.
Tədbirdə ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Nazirlərin Dəyirmi Masasında Ərəb ölkələri - Mərkəzi Asiya - Azərbaycan biznes forumu yekunlarına dair “Abu-Dabi Kommunikesi” qəbul olunub.
Sənəddə ərəb ölkələri, Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, güclü logistika və ticarət şəbəkələrinin qurulması, təhsil mübadiləsi və s. məsələlər öz əksini tapıb.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.