Thursday, 06 March 2025 13:38

Fərid Qayıbov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Martın 6-da gənclər və idman naziri Fərid Qayıbov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmamı qəbul edib.

Görüşdə gənclər və idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Nigeriyada keçiriləcək gənclərə məsul nazirlərin II iclasında iştirak və ölkəmizdə gənclər mübadiləsinin təşkili barədə fikir mübadiləsi aparılıb.

Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının I direktoru Əhmər İsmayıl, II direktoru Puncul Nuqraha, icraçı müavin Məhəmməd Bilal Xan və digər məsul şəxslər də iştirak ediblər. Bu barədə “Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

 

Read 3 times

 

NEWS