Saturday, 01 March 2025 12:01

Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan ikicildlik nəşrin təqdimatı keçirilib

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illik yubileyi münasibətilə hazırlanan ikicildlik nəşrin təqdimatı keçirilib. “bp Azərbaycan” şirkətinin dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə hazırlanan ikicildliyə “Məhəmməd Füzuli. Şeirlər, poemalar, pyeslər” və “Məhəmməd Füzuli. Hekayələr və romanlar” kitabları daxildir. Təqdimat mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, bp-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Read 3 times

 

NEWS