Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Yaşıl istiqraz"larına abunə yazılışının yekunlaşması ilə bağlı tədbir keçirilib.
"Caspian Energy Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir. "Yaşıl istiqraz"larla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır. Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək. İstiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür. Layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik", - deyə o qeyd edib.
{gallery}eqw{/gallery}