Monday, 10 March 2025 17:04

Avropa Komissiyası polad sənayesinin inkişafı üçün yeni addımlar atır

Avropa Komissiyası, regionda polad sənayesinin inkişafı ilə bağlı məsləhətləşmələrə başlayıb. Danışıqlarda ArcelorMittal və ThyssenKrupp kimi aparıcı metalurgiya şirkətlərinin nümayəndələri də iştirak ediblər. Müzakirələrdə əsas mövzular yüksək enerji qiymətləri, karbon tullantılarının azaldılması və ABŞ rüsumlarının təsiri ilə bağlı sənayenin rəqabət qabiliyyətinin artırılması olub.

Polad istehsalı, Avropa iqtisadiyyatının digər mühüm sahələri, o cümlədən avtomobil istehsalı, energetika və müdafiə sənayesi üçün həyati əhəmiyyət kəsb edir. Bu sahə, Aİ-nin ÜDM-nə 80 milyard avro töhfə verir və 2,5 milyon iş yeri təmin edir. Avropa İttifaqının 22 ölkəsində təxminən 500 istehsalat obyekti fəaliyyət göstərir.

Gözlənilir ki, 19 mart tarixində Avropa Komissiyası polad sənayesi ilə bağlı fəaliyyət planını təqdim edəcək, “Caspian Energy Media” Euronews-a istinadən bildirir.

Read 4 times

 

NEWS