Thursday, 13 March 2025 15:39

İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

Dövlətimizin başçısı əvvəlcə Fatih Birola “Dostluq” ordenini təqdim etdi. Fatih Birol da öz növbəsində “Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu dedi.

Fatih Birol XII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək, bu tədbiri beynəlxalq səviyyədə mühüm məsələlərin müzakirəsi baxımından vacib platforma kimi qiymətləndirdi. O, gələcəkdə də Forumla əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşdü.

Söhbət zamanı qlobal enerji məsələlərinə dair fikir mübadiləsi aparıldı. 

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Read 4 times Last modified on Friday, 14 March 2025 10:48

 

NEWS