Wednesday, 19 March 2025 11:16

ASCO-da İqlimlə Əlaqəli Korporativ İdarəetmə layihəsinə dair görüş keçirilib

ASCO-da İqlimlə Əlaqəli Korporativ İdarəetmə (Climate related Corporate Governance system - CCG) layihəsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və layihə üzrə məsləhətçi xidməti təqdim edən Ernst&Young (EY) şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı layihə çərçivəsində aparılmış qiymətləndirmənin nəticələri, iqlimlə bağlı tələblərin ASCO-nun fəaliyyətinə mümkün təsirləri, eləcə də iqlim riskləri və imkanları müzakirə edilib. Həmçinin görüşdə iqlimlə əlaqəli idarəetmə tədbirləri, davamlı maliyyələşdirmə üzrə yol xəritəsinə dair ətraflı məlumat təqdim olunub.

CCG layihəsi çərçivəsində AYİB ASCO-ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına, şirkətin fəaliyyətinin Paris Sazişinin hədəflərinə uyğunlaşdırılmasına dəstək göstərəcək. Eyni zamanda, layihə Davamlılıqla Əlaqəli Maliyyələşdirmə Çərçivəsinin (SLFF) hazırlanmasını nəzərdə tutur ki, bu da ASCO-nun davamlılıqla əlaqəli kreditlər (SLL) və davamlılıqla əlaqəli istiqrazlar (SLB) əldə etməsinə imkan yaradacaq.

Bu barədə “Caspian Energy Media” ASCO-ya istinadən xəbər verir.

Read 2 times

 

NEWS