Thursday, 22 May 2025 14:58

Nicat Quliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini təyin edilib.

Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini vəzifəsinə təyin edilib.

Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.

2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub. Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

Read 4 times Last modified on Friday, 23 May 2025 13:01

 

NEWS