Thursday, 12 June 2025 18:15

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

Brüsseldə enerji səmərəliliyi üzrə beynəlxalq tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolla görüşüb.

Fatih Birol Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu, bu xüsusda əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Söhbət zamanı Agentliklə COP29-un təşəbbüslərinin təşviqi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb. Enerji təşəbbüslərinin icra vəziyyətinin izlənilməsi  və irəliləyişlərin Agentliyin müvafiq hesabatlarında əks etdirilməsi, eləcə də əməkdaşlığın gələcək inkişaf istiqamətləri üzrə müzakirələr aparılıb.

Həmçinin qlobal enerji bazarında mövcud tendensiyalar və proqnozlara dair fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 9 times Last modified on Friday, 13 June 2025 10:18

 

NEWS