Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Caspian Energy Media Şahmat Federasiyasına istinadən xəbər verir ki, təmsilçimiz 11 turda 8,5 xal toplayaraq üçüncü yeri tutub.