Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. Birinci turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması İordaniyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb.
Bu barədə “Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.