İyunun 19-da dünyanın bir çox ölkələrindən kitab sənayesi nümayəndələrinin qatıldığı 30-cu Pekin Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Çin Xalq Respublikasındakı səfirliyimizin dəstəyi ilə ölkəmiz bu il ilk dəfə Pekin Beynəlxalq Kitab Sərgisində milli stendlə təmsil olunur.
Bu barədə Caspian Energy Media Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.