İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov işdən çıxıb.
Caspian Energy Media "Report"a istinadən xəbər verir ki, o, "Azərbaycan Sənaye Sığorta" ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə təyinat alıb. İndiyə qədər bu vəzifəni Rafiq Şahverdiyev icra edirdi.
İSB-nin rəhbərliyinə isə hələ ki, təyinat olmayıb.