Thursday, 04 July 2024 17:41

4SİM İslam Dünyası üzrə Süni İntellekt Xartiyası regional seminarında təmsil olunub

İyulun 2 və 3-də Omanda İSESCO və Oman Texnologiya və Tətbiqi Elmlər Universiteti tərəfindən Asiya və Yaxın Şərq regionu üçün “İslam Dünyası üzrə Süni İntellekt Xartiyası” adlı vörkşop baş tutub.

4SİM-in süni intellekt layihələrinin rəhbəri Ruslan Zeynalzadə tədbirdə iştirak edib və qurum tərəfindən ölkədə həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda 4-cü sənaye inqilabı texnologiyalarının, xüsusilə də süni intellektin tətbiqi ilə bağlı fəaliyyətlər qeyd olunub.

Daha ətraflı

Read 31 times

 

NEWS