Coursera şirkətinin “2024 Qlobal Bacarıqlar Hesabatı”na əsasən platformada Azərbaycandan olan istifadəçi sayı 158000 nəfər təşkil edir. Bir il ərzində Azərbaycan istifadəçilərinin platformada süni intellekt kurslarına olan marağı 7 dəfə artıb.
Caspian Energy Media 4SİM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, hesabat dövründə Courseradan istifadə edən qadınların sayı dünya üzrə 43%-dən 46%-ə yüksəlib. Azərbaycan üzrə bu göstərici 47% təşkil edir.