Friday, 05 July 2024 15:11

Kartof sahəsində məhsul yığımına başlanılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “İnvestel Group” MMC-nin Qazax rayonunun II Şıxlı kəndində yerləşən aqroparkına media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.

Caspian Energy Media İZİA-ya istinada xəbər verir ki, ki, “İnvestel Group” MMC Qazax və Abşeron rayonlarında ümumilikdə 808,21 hektar təsərrüfat sahəsinə malikdir və əkinçilik, bağçılıq, çeşidləmə, qablaşdırma, logistika sahələri üzrə ixtisaslaşıb.

2023-cü ildə aqroparkda 12000 ton kartof, 250 ton arpa və 750 ton buğda, cari ilin 6 ayında isə 645 ton buğda istehsal edilib. Bu il aqroparkın 340 hektarında əmtəəlik kartof əkilib və hazırda kartof yığımı davam edir.

Daha ətraflı

 

Read 22 times

 

NEWS