İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə I Milli Rəqabət Forumu keçirilir.
Bcaspian Energy Media xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi “X” hesabında paylaşım edib.
“Məqsədimiz dövlət-özəl tərəfdaşlığını təşviq etməklə biznes mühitinin səmərəli rəqabət prinsipləri əsasında fəaliyyətini müzakirə etmək və potensial imkanları dəyərləndirməkdir. Yeni əməkdaşlıqlar üçün faydalı fürsət olan forumun işinə uğurlar arzulayırıq”,-deyə nazir qeyd edib.