Sabah, 13 iyul tarixində Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunacaq.
Caspian Energy Media nazirliyə istinadla xəbər verir ki, ətraf mühitin tullantı yükünün azaldılmasına, təkrar istifadənin, təkrar emalın təşviqinə hədəflənən sərgidə tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təkrar istifadənin nümunəsi olaraq təqdim ediləcək.
“ETSN-nin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, "EkoSfera" Sosial Ekoloji Mərkəzin və "Forest school Azerbaijan"ın dəstəyi ilə keçiriləcək tədbirdə, eyni zamanda tullantılardan müxtəlif əşyalar hazırlanaraq nümayiş olunacaq”.