Tuesday, 30 July 2024 10:29

Böyükşor gölü üzərində 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun açılış mərasimi keçirilib.

Caspian Energy Media Energetika Nazirliyinə istinadla xəbər verir ki, layihə çərçivəsində stansiyanın istismarı və texniki xidməti sahəsində təlimlərin təşkili də nəzərdə tutulur.

Daha ətraflı

Read 407 times

 

NEWS