Thursday, 15 August 2024 11:46

“STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi

UNICEF və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı ilə keçirilən “STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsinin ikinci mərhələsinə start verilib.

Caspian Energy Media nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, layihənin məqsədi uşaq və yeniyetmələr arasında iqlim dəyişmələri barədə məlumatlılığı artırmaq və ekotexnoloji bacarıqları inkişaf etdirməkdir.

Layihə Azərbaycanın müxtəlif bölgələrindən olan 10-17 yaşlı gəncləri əhatə edir. Seçilmiş iştirakçılara Ağdaş, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Şirvan, Şəmkir və Zaqatalada yerləşən STEAM mərkəzlərində iqlim və digər sahələr üzrə mütəxəssislər tərəfindən təlimlər keçirilir.

Read 417 times

 

NEWS