“Caspian Energy Media” Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 8 dövlət qurumu təmsil olunub.
Avropa Oyunları Parkında xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında AZAL birinci olub. Gənclər və İdman Nazirliyi və SOCAR yarışı ikinci və üçüncü pillədə başa vurublar.
Kişilər arasında AZAL, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi fərqləniblər.