Tuesday, 10 September 2024 11:14

UEFA Millətlər Liqası: Bu gün 9 oyun baş tutacaq

UEFA MillətləLiqasınıII turunda bu gün 9 oyun baş tutacaq.

"Caspian Energy Media" xəbər verir ki, A, B, C, D liqalarında yer alan komandalar üz-üzə gələcəklər.

Maraqlı görüşlərdən biri A Liqasının 3-cü qrupunda Niderlandla Almaniya arasında baş tutacaq. Amsterdamdakı "Yohan Kroyff Arena"da keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan yığması ilk turda İsveçə 1:3, II turda isə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.

Read 44 times Last modified on Tuesday, 10 September 2024 07:20

 

NEWS