Sentyabrın 24-də Azərbaycan Turizm Bürosu (ATB) "Azərbaycan Hava Yolları" (AZAL) QSC ilə əməkdaşlıq çərçivəsində Pekin şəhərində Azərbaycan və Çin Xalq Respublikası arasında turizm əlaqələrinin möhkəmləndirilməsinə istiqamətlənmiş bir sıra tədbir keçirib.
Tədbirlər çərçivəsində turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Turizm Bürosu və “Trip.com Group” arasında Anlaşma Memorandumu imzalanıb.
“Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, memoranduma əsasən, Azərbaycanı çinli səyahətçilər üçün cəlbedici istiqamət kimi tanıda biləcək “Ctrip” platformasından aktiv şəkildə istifadə ediləcək.