Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib. İclasda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistanın vergi orqanlarının rəhbərləri iştirak ediblər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Tədbir iştirakçıları informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübələri müzakirə ediblər.
Bu barədə “Caspian Energy Media” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.