Thursday, 24 October 2024 15:42

Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyası ilə iqlim fəaliyyətində maliyyə məsələlərini müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının İdarəedici Direktoru Makar Diyop ilə (Makhtar Diop) görüşüb.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə COP29-un “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər iqlim fəaliyyəti üçün innovativ maliyyələşdirmə həlləri barədə danışıqlar aparıblar. Həmçinin danışıqlarda COP29-a hazırlıq öncəsi inkişaf etməkdə olan ölkələrə dəstəyin artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün özəl sektorun investisiyalarının səfərbər edilməsi müzakirə edilib.

Read 233 times

 

NEWS