Wednesday, 11 December 2024 12:50

ADY və Beynəlxalq Maliyyə Korporasiyası yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib

10 dekabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayevin Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yüksək səviyyəli nümayəndələri ilə görüşü olub.

Görüş zamanı IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə regional infrastruktur və enerji meneceri Kamila Rodrigez və digər rəsmiləri ilə vaqon parkının genişləndirilməsi, yeni maliyyələşdirmə üsullarının tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

IFC-nin dəmiryol infrastrukturunun inkişafı üzrə bir sıra iri layihələrə dəstəyi nəzərə alınaraq bu istiqamətdə də tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

Read 94 times Last modified on Wednesday, 11 December 2024 07:04

 

NEWS