Friday, 20 December 2024 11:08

Mədəniyyət naziri Romada ICCROM-un baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli İtaliyaya səfəri gedişində dekabrın 19-da qərargahı Romada yerləşən Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Françeska Maria Gujral ilə görüşüb.

Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə xanım baş direktoru salamlayan nazir deyib ki, multikultural ölkə olan Azərbaycanda müxtəlif xalqlara və dinlərə məxsus mədəni mirasın qorunması, təmir və bərpası bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindədir.

Görüşdə ölkəmizin ICCROM-la əməkdaşlığı ilə bağlı müzakirə aparılıb. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Read 71 times

 

NEWS