Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Qambiyada səfərdədir.
Səfər çərçivəsində Fərid Qayıbov Qambiyanın paytaxtı Banjulda keçirilən Regionlararası Afrika Nazirlər Toplantısında iştirak edib. Nazir həmçinin müvafiq yüksək səviyyəli paneldə çıxış edərək regionlararası əməkdaşlığın gücləndirilməsində idman idarəçiliyinin və dövlət dəstəyinin əhəmiyyətindən danışıb.
Tədbir iştirakçılarını Qambiya Prezidenti Adama Barrou qəbul edib. Nazir Fərid Qayıbov həmçinin Qambiyanın gənclər və idman naziri Bakar Bodji ilə də ikitərəfli görüş keçirib. Görüşdə iki ölkə arasında gənclər və idman sahəsində imzalanmış anlaşma memorandumunun icrası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə “Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
http://caspianenergy.site/caspianenergy.net/index.php/en/caspian-energy-media/item/7667-f-rid-qay-bov-regionlararas-afrika-nazirl-r-toplant-s-nda-istirak-edib#sigProGalleria0b6bbdce1b