Friday, 14 February 2025 07:59

ASCO üzrə ötən il təhvil verilmiş tullantıların həcmi açıqlanıb

ASCO-da həm gəmilərin istismarı, həm də sahil obyektlərinin fəaliyyəti zamanı ətraf mühitə mümkün zərərli təsirlərin azaldılması, o cümlədən tullantıların və emissiyaların həcminin minimuma endirilməsi daim diqqətdə saxlanılır. Bununla əlaqədar planlı şəkildə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.

Ötən il ərzində də bu istiqamətdə fəaliyyətlər davam etdirilib. Gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranmış müxtəlif maye və bərk tullantılar müvafiq müqavilələr əsasında sertifikasiyalı qurumlara təhvil verilib və ərazilərdən çıxarılıb.

2024-cü ilin nəticələrinə görə, ASCO gəmilərindən 103,76 m³ plastmas, 776,76 m³ qida qalığı, 749,9 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.), 123,94 m³ istismar tullantısı, 132,1 m³ neft qalığı-şlam, 4380,37 m³ döşəməaltı lyal su, 93 614,13 m³ təsərrüfat-məişət çirkab su təhvil verilib.

İl ərzində 1 ton kağız, 0,524 ton plastmas, 558,75 ton qara metal və 0,9 ton əlvan metal təkrar emala göndərilib. Bu barədə “Caspian Energy Media” ASCO-ya istinadən xəbər verir.

 

 

Read 11 times Last modified on Friday, 14 February 2025 08:01

 

NEWS