Wednesday, 19 February 2025 12:53

İqtisadiyyat Nazirliyi və DİF Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalayıblar

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun (DİF) idarəedici direktoru Mirek Duşeklə videokonfrans formatında görüşüb. Görüşdə Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi vurğulanıb. Əməkdaşlıq çərçivəsində ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və texnologiya istiqamətində atılan addımlar qeyd edilib. Tərəfdaşlığın perspektivləri və potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubunun onlayn imzalanma mərasimi keçirilib. Niyyət Məktubuna əsasən DİF İqtisadiyyat Nazirliyi ilə birgə dövlət və özəl sektorların nümayəndələrini bir araya gətirərək Azərbaycanın qlobal bilik və mübadilə şəbəkəsinə qoşulması ilə bağlı təşəbbüslərə dəstək olacaq. Bu təşəbbüs innovasiya və bacarıqların inkişafı sahəsində yeni imkanlar yaratmaq və müasir bacarıqlar ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyır.

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 32 times

 

NEWS