Fevralın 21-də Ankaradakı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibliyinin binasında “Bəxtiyar Vahabzadə İli” proqramının açılış mərasimi keçirilib.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin 100 illik yubileyinə həsr olunmuş tədbirə təşkilati dəstək Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və TRT Teleradio Şirkəti tərəfindən verilib.
Tədbirdə TÜRKSOY-un rəhbərləri, iki qardaş ölkənin Mədəniyyət nazirliklərinin əməkdaşları, diplomatlar, elmi və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.