Tuesday, 25 February 2025 11:15

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında beynəlxalq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında beynəlxalq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən  İlham Əsgərov və Ş.Rustaveli adına Milli Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar.

İmzalanma mərasimində Ş. Rustaveli adına  Gürcüstan Milli Teatrının bədii rəhbəri Robert Sturua, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, bu sənədin mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.

Memoranduma əsasən, teatrlar arasında qarşılıqlı ustad dərsləri, rejissorlar arasında görüşlərin keçirilməsi, birgə tamaşaların hazırlanması, yaradıcı kollektivlərin qastrollarının, müxtəlif mədəni tədbirlərin təşkili planlaşdırılır. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Read 34 times Last modified on Wednesday, 26 February 2025 11:47

 

NEWS